Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşəbbüsü və Mitost Assosiyasının dəstəyi ilə “İnkişaf zamanı” yay məktəbi təşkil edilib.

Avqustun 17-dən 24-dək keçirilən yay məktəbinin birinci mərhələsinə Azərbaycanın müxtəlif bölgələrindən qatılan gənclər “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusuna həsr olunmuş proqramda iştirak ediblər.

Proqram iştirakçıları müxtəlif incəsənət vasitələri ilə tanış olaraq yeni layihə ideyalarını müzakirə ediblər. Beynəlxalq və yerli təlimçilər emosional zəka, tənqidi və yaradıcı düşüncə, foto və videoqrafiya və s. mövzulara dair məlumat paylaşaraq fikir mübadiləsi aparıblar.

Beş ay müddətində davam edəcək proqram ərzində iştirakçılar layihə idarəçiliyinin əsaslarını öyrənəcək və incəsənət vasitələrindən istifadə etməklə yeni təşəbbüslər reallaşdıracaqlar.