Pianoçu, Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov 16 -18 oktyabr tarixində Gürcüstanın Batumi şəhərində UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə səhnəni bölüşəcək. Pianoçu festivalın formatına uyğun olaraq klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək.

Festivalın təşkilatçıları Gürcüstanın “Pos TV” kanalı, İtaliyanın Gürcüstandakı səfirliyi, fransız bəstəkarı Mişel Soninin (Michel Sogny) “SOS Talents” fondu, Gürcüstandakı Fransa İnstitutu və digər təşkilatlardır. Azərbaycandan Bakı Media Mərkəzi və İctimai Televiziya festivalın tərəfdaşları sırasında  yer alır. Bakı Media Mərkəzi Xalq artisti Murad Hüseynovun çıxış edəcəyi festival gününün konsertini lentə alacaq.

LALƏ