Azərbaycan Milli Xalça Muzeyi dördüncü dəfə “Tripadvisor Travellers’ Choise” (“Tripadvisor Səyahətçilərin Seçimi”) sertifikatına layiq görülüb.

Bütün dünya üçün mövcud çətin dövrdə belə muzeyin fəaliyyətini yüksək səviyyədə davam etdirməsi tamaşaçılar, eləcə də muzeyin ekspozisiyaları ilə onlayn rejimdə tanış olan izləyicilər tərəfindən layiqincə dəyərləndirilib və obyektiv qiymətini alıb.

Dünyanın məşhur turizm saytı olan “Tripadvisor”un 2010-cu ildə təsis olunan bu sertifikatına yüksək səviyyədə xidmət göstərən məkanlar, turizm müəssisələri layiq görülür. Qalib turistlərin saytda il ərzində qeyd etdiyi rəylər əsasında müəyyənləşir.

Onu da qeyd edək ki, “Tripadvisor Travellers’ Choise” sertifikatını beş dəfə alan müəssisələrin adı  saytın “Şöhrət zalı” fəxri siyahısına daxil edilir. Azərbaycan Milli Xalça Muzeyi də bu uğurun bir addımlığındadır.