Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 686 nəfər koronavirus infeksiyasına yoluxub.  Onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib. Aktiv xəstə sayı 1850 nəfərdir.

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə 1 080 873 test aparılıb.