Ölkəmizin Fransadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət Mərkəzində fransız parlamentar və siyasətçilərə Ermənistanın son hərbi təxribatları haqqında məlumat verilib.

Səfirliyin əməkdaşı Fərid Soltanov bildirib ki, sentyabrın 27-də səhər Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görülüb və Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib və bu əməliyyat davam etdirilir.