Respublika Uşaq Kitabxanasının aksiyası

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub yazmaq aksiyası keçirir.

Aksiyanın keçirilməsində məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.

Oxucular tərəfindən göndərilən məktublar kitabxananın saytında (www.clb.az) yerləşdirilməklə yanaşı hərbi hissə və hospitallara da göndəriləcək.

Aksiyada iştirak etmək istəyən oxucular məktubları Respublika Uşaq Kitabxanasının info@clb.az; ushaqkitabxanasi@gmail.com; childlibbaku@yahoo.com poçt ünvanlarına, həmçinin “Facebook”, “Twitter” və “İnstagram” səhifələrinə göndərə bilərlər.