Azərbaycan Respublikasının Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və hərbi texnikalarının foto və videogörüntülərini paylaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla düşmən qənimətlərinin görüntülərini təqdim edirik.

Oktyabrın 3-5-də 20-dək kəndi və rayon mərkəzi işğaldan azad olunan Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş fotomüxbiri Tofiq Babayevin çəkdiyi fotolarda onların bir qismi əks olunub...