Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 13 min 627 manat məbləğində pul vəsaiti ianə ediblər. Teatrın bütün kollektivi – sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər, hamı bu təşəbbüsdə iştirak etmək üçün teatr rəhbərliyinə ərizə ilə müraciət edərək, əmək haqlarının müəyyən bir hissəsini Fonda köçürülməsinin təmin olunmasını istəyiblər. Bu xeyirxah və qürurverici missiyada iştirak etməkdən məmnunluqlarını bildirən kollektivin üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman Ordumuzun yanında olduqlarını vurğulayıblar.

Ərizə ilə müraciət edənlər "Qarabağ bizimdir, bizim olacaq!", "Haqq yolumuzda qələbə bizimdir!", "Əsas ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!" fikirlərini səsləndiriblər, işğalda qalan ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində şanlı ordumuza ürəkdən inandıqlarını bildiriblər.