Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə bu ilin may-iyun aylarında keçirilən “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Azərbaycanın Pakistandakı səfir Əli Əlizadə iki ölkənin dostluğu haqqında fikirlərini bölüşüb, müsabiqənin əhəmiyyətindən bəhs edib.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzünün, dinc insanlara qarşı hücumlarının Pakistan xalqı, ictimaiyyəti tərəfindən daim qınandığını, çətin zamanlarda Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirərək bu dəstəyə və həmrəyliyə görə na təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Fouzia Səid  müsabiqənin iki ölkə arasında dostluğa töhfə verdiyini vurğulayıb.

Sonda müsabiqənin iştirakçılarına və qaliblərinə mükafatları, sertifikatlar və hədiyyələr təqdim olunub.