Son iki gündə yoluxma sayı iki dəfə artıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 15-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2990 nəfərdir. Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1 201 924 test aparılıb.