Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş, 7 nəfər isə xəsarət almışdı.

Oktyabrın 28-dəmənfur düşməndən Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş aşaraq daha bir alçaq cinayəti həyata keçirib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin oktyabrın 27-də artilleriya atəşi zamanı xəsarət bir sakin ayın 28-də vəfat edib.

Beləliklə, oktyabrın 27-28-də Bərdə rayonuna artilleriya-raket zərbələri nəticəsində həlak olanların ümumi sayı 25-ə çatıb.

Bundan başqa, oktyabrın 28-də raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 2020-ci il oktyabrın 28-də Bərdə şəhərində həlak olmuş şəxslərin siyahısı:

1. 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı

2. 1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu

3. 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı

4. 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu

5. 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı

6. 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı

7. 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu

8. 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu

9. 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu

10. 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu

11. 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu

12. 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu

13. 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu

14. 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu

15. 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu

16. 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu

17. 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu

18. 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu

19. 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu

20. 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu

21. 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir).