Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi oktyabrın 28-də və 29-da mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsinin və hərbi texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilməsi ilə bağlı görüntüləri yayıb. Oktyabrın 29-da cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki “Su-25” hücum təyyarəsi Azərbaycan HHM bölmələri tərəfindən məhv edilib.