F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda “Bu gün gərək hər anımız Vətən! - desin!” adlı şeir müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik, ruhunda tərbiyə etmək, doğma vətənə şeir vəsf etmək hisslərini gücləndirmək, şeir yazmağa marağı artırmaq və bu sahədə istedada malik uşaq və yeniyetmələri üzə çıxarmaqdır.

Müsabiqənin şərtləri:

Müsabiqə iştirakçılarının yaş həddi: 7-17 yaş;

Müsabiqədə iştirak etmək istəyən uşaqlar şeirləri özləri yazmalıdır;

Hər iştirakçı tərəfindən 1 şeir təqdim edilə bilər;

Mətnin həcmi 2 A4 formatından çox olmamalıdır;

Şeir təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir;

Şeirlərin son qəbul tarixi: 30  noyabr 2020-ci il.

Münsiflər heyəti tərəfindən I, II, III yerlər üzrə qaliblər seçiləcək. Digər iştirakçılara isə həvəsləndirici diplom və kitablar hədiyyə ediləcək.

Şeirlər Respublika Uşaq Kitabxanasını elektron poçt ünvanlarına göndərilməlidir:

info@clb.az

ushaqkitabxanasi@gmail.com

childlibbaku@yahoo.com

 

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 597-08-79