Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna ikinci dəfə vəsait köçürüb. Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, oktyabrın əvvəllərində fonda 1000 manat vəsait köçürən Aşıqlar Birliyi bu günlərdə Ordumuza dəstək üçün daha 2 min manat ianə edib.

Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavab verərək Qarabağ və onun ətrafındakı işğal olunmuş torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb.

“İnanırıq ki, erməni işğalı altında olan bütün torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz tərəfindən azad ediləcək” – deyə Aşıqlar Birliyinin katibi bildirib