Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən daha bir videoçarx hazırlanıb.

Layihə şanlı Azərbaycan Ordusunun zəfər yürüşünə mənəvi dəstək vermək, cəmiyyətdə vətənsevərlik ruhunun daha da yüksəltmək məqsədilə reallaşıb.

Videoçarxda istedadlı gənc xanəndə Kənan Bəşirlinin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilir.