UNESCO, nəhayət, orijinalda olduğu kimi yazılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edilib. Bununla bağlı Nazirlər Kabineti 3 noyabr 2020-ci il tarixində 438 nömrəli Qərar qəbul edib.

Qərara dair izahda bildirilir ki, Azərbaycan dilinin orfoqrafiya normaları “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Qeyd olunur ki, Nazirlər Kabineti tərəfindən 2019-cu il 16 aprel tarixində təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər barədə qərar, Azərbaycan Respublikası Konstitusiyasının və “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, dövlət dili ilə bağlı normaların müəyyənləşdirilməsini, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün şərait yaradılması, həmçinin Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda tətbiq edilməli yazı mədəniyyətinin formalaşmasını təmin edir.

Dəyişikliklərə görə, Avropa mənşəli alınma sözlərdən indiyədək bir “l” hərfi ilə yazılan “apelyasiya” sözü bundan sonra iki “l” ilə (apellyasiya) yazılacaq və attestasiya və akkreditasiya sözləri ilə bir sırada (istisna olaraq) yerini alacaq.

Ali dövlət vəzifələri – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılacaq. İndiyədək “Baş Nazir”də hər iki söz, eləcə də “Milli Məclisin Sədri” böyük hərflə yazılırdı.

Həmçinin indiyədək nazir vəzifələrində sahə böyük, vəzifə kiçik hərflə yazılırdı: Səhiyyə naziri, Kənd Təsərrüfatı naziri. Bundan sonra sahə də, vəzifə də kiçik hərflə yazılacaq: Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri və s.

Daha bir dəyişikliyə əsasən, dövlət rəmzlərinin adları tərkibində “gün” sözü olan və təqvimə düşən əlamətdar günlərin adları bir qrupa daxil edilərək bütün sözlər böyük hərflə yazılacaq: Azərbaycan Respublikasının Dövlət Himni.

İndiyədək orden adlarında bütün sözlər böyük yazılırdı: “Azərbaycan Bayrağı” ordeni. Bundan sonra yalnız birinci söz böyük yazılacaq: “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” ordeni.

Nəhayət, ən diqqətçəkən dəyişiklik UNESCO, İCESCO kimi xarici mənşəli ixtisarların indiyədək tətbiq olunan orijinaldan fərqli yazılışına (UNESKO, İCESKO) son verilməsidir. Beləliklə, bundan sonra UNESCO Azərbaycan dilində elə UNESCO kimi yazılacaq. İCESCO da həmçinin. Xatırladaq ki, bir müddət öncəyədək UNESCO-nun hətta rus dilindən (ЮНЕСКО) “tərcümə” olunmuş YUNESKO kimi daha bir qəribə yazılışı vardı…

Nazirlər Kabinetinin 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda müvafiq sahə üzrə edilən dəyişikliklər aşağıdakı müqayisəli cədvəldə öz əksini tapıb.

 

 
MÜQAYİSƏLİ CƏDVƏL
Əvvəlki redaksiya Yeni redaksiya
4.6. Mən­bə dil­də tər­ki­bin­də qq, ll, mm, pp, tt sa­mit­lə­ri olan Av­ro­pa mən­şə­li aşa­ğı­da­kı alın­ma söz­lər bir sa­mit­lə ya­zı­lır: aq­lü­ti­na­tiv, pa­ra­lel, te­leq­ram, apa­rat, apel­ya­si­ya, vat və s. 4.6. Mən­bə dil­də tər­ki­bin­də qq, ll, mm, pp, tt sa­mit­lə­ri olan Av­ro­pa mən­şə­li aşa­ğı­da­kı alın­ma söz­lər (apell­ya­si­ya, at­tes­ta­si­ya və akk­re­di­ta­si­ya söz­lə­ri is­tis­na­dır) bir sa­mit­lə ya­zı­lır: aq­lü­ti­na­tiv, pa­ra­lel, te­leq­ram, apa­rat, apel­ya­si­ya, vat və s.
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres. 4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres və s.
8.6. Yük­sək döv­lət və­zi­fə­lə­ri (Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Azər­bay­can Res­pub­li­ka­sı­nın Baş Na­zi­ri, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin Səd­ri), na­zir­lik, ko­mi­tə, bir­lik, cə­miy­yət, qu­rum, aka­de­mi­ya, uni­ver­si­tet, tex­ni­kum, teatr, fi­lar­mo­ni­ya, si­ya­si par­ti­ya, elə­cə də ta­ri­xi gün­lə­rin və s. mü­rək­kəb ad­la­rın tər­ki­bin­də­ki bü­tün söz­lə­rin (adı­na, üz­rə, ya­nın­da, qar­şı ki­mi yar­dım­çı söz­lər­dən baş­qa) bi­rin­ci hər­fi bö­yük ya­zı­lır: Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si, Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti, Azər­bay­can Res­pub­li­ka­sı­nın Xa­ri­ci İş­lər Na­zir­li­yi, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu, Ba­kı Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi, Ye­ni Azər­bay­can Par­ti­ya­sı, Müs­lüm Ma­qo­ma­yev adı­na Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı, Azər­bay­can Döv­lət Nəş­riy­ya­tı, Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti, Ağs­ta­fa Ra­yon Təh­sil Şö­bə­si və s. 8.6. Ali döv­lət və­zi­fə­lə­ri - Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti, Azər­bay­can Res­pub­li­ka­sı­nın Baş na­zi­ri, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin səd­ri ki­mi ya­zı­lır. Döv­lət or­qan­la­rı (qu­rum­la­rı), bir­lik, cə­miy­yət, aka­de­mi­ya, uni­ver­si­tet, kol­lec, teatr, fi­lar­mo­ni­ya, si­ya­si par­ti­ya, ta­ri­xi gün­lər və s. bu ki­mi mü­rək­kəb ad­la­rın bü­tün söz­lə­ri­nin (adı­na, üz­rə, və, ya­nın­da, qar­şı və s. bu ki­mi yar­dım­çı söz­lər­dən baş­qa) bi­rin­ci hər­fi bö­yük ya­zı­lır: Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li Məc­li­si, Azər­bay­can Res­pub­li­ka­sı­nın Xa­ri­ci İş­lər Na­zir­li­yi, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu, Ba­kı Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi, Ye­ni Azər­bay­can Par­ti­ya­sı, Azər­bay­can Res­pub­li­ka­sı­nın Sə­fər­bər­lik və Hər­bi Xid­mə­tə Ça­ğı­rış üz­rə Döv­lət Xid­mə­ti, Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti, Ağs­ta­fa Ra­yon Təh­sil Şö­bə­si və s.
Qeyd. 1. Tər­ki­bin­də gün sö­zü olan və təq­vi­mə dü­şən əla­mət­dar gün­lə­rin ad­la­rın­da bü­tün söz­lər bö­yük hərf­lə ya­zı­lır: Bey­nəl­xalq Ana Di­li Gü­nü, Bey­nəl­xalq Qa­dın­lar Gü­nü, Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü və s. Döv­lət rəmz­lə­ri­nin, həm­çi­nin tər­ki­bin­də gün sö­zü olan və təq­vi­mə dü­şən əla­mət­dar gün­lə­rin ad­la­rın­da bü­tün söz­lər bö­yük hərf­lə ya­zı­lır: Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Him­ni, Bey­nəl­xalq Ana Di­li Gü­nü, Bey­nəl­xalq Qa­dın­lar Gü­nü, Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü və s.
3. Azər­bay­can Res­pub­li­ka­sı­nın Sə­hiy­yə na­zi­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın Kənd Tə­sər­rü­fa­tı na­zi­ri tip­li mü­rək­kəb ad­lar­da sa­hə bil­di­rən söz (Sə­hiy­yə) bö­yük, və­zi­fə bil­di­rən söz (na­zir) ki­çik hərf­lə ya­zı­lır. 3. Azər­bay­can Res­pub­li­ka­sı­nın sə­hiy­yə na­zi­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın kənd tə­sər­rü­fa­tı na­zi­ri tip­li mü­rək­kəb ad­lar­da sa­hə (sə­hiy­yə) və və­zi­fə (na­zir) bil­di­rən söz­lər ki­çik hərf­lə ya­zı­lır.
8.8. Or­den, me­dal, bə­dii əsər, ope­ra, ba­let, ki­no­film, qə­zet, jur­nal, ki­no­teatr, meh­man­xa­na, nəş­riy­yat, ka­fe, res­to­ran və s. ad­la­rı dır­naq­da və bö­yük hərf­lə ya­zı­lır: “İs­tiq­lal” or­de­ni, “Azər­bay­can Bay­ra­ğı” or­de­ni, “Ata və oğul” po­ves­ti, “Yed­di gö­zəl” ba­le­ti, “Uzaq sa­hil­lər­də” fil­mi, “Azər­bay­can” qə­ze­ti, “Cü­cə­lə­rim” ka­fe­si, “Ba­har” ma­ğa­za­sı, “Ba­dam­lı” mi­ne­ral su­yu və s. 8.8. Or­den, me­dal, bə­dii əsər, ope­ra, ba­let, ki­no­film, qə­zet, jur­nal, ki­no­teatr, meh­man­xa­na, nəş­riy­yat, ka­fe, res­to­ran və s. ad­la­rı dır­naq­da və bi­rin­ci sö­zü bö­yük hərf­lə ya­zı­lır: “Və­tə­nə xid­mə­tə gö­rə” or­de­ni, “Döv­lət qul­lu­ğun­da fərq­lən­mə­yə gö­rə” me­da­lı, “Ata və oğul” po­ves­ti, “Yed­di gö­zəl” ba­le­ti, “Uzaq sa­hil­lər­də” fil­mi, “Azər­bay­can” qə­ze­ti, “Cü­cə­lə­rim” ka­fe­si, “Ba­har” ma­ğa­za­sı, “Ba­dam­lı” mi­ne­ral su­yu və s.
9. İxtisar və qısaltmalar 9. İxtisarlar (akronimlər) və qısaltmalar
9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır: 9.1. İxtisarlar (akronimlər) və qısaltmalar aşağıdakı kimi yazılır:
9.1.1. tam ix­ti­sar­lar və qı­salt­ma­lar aid ol­duq­la­rı söz­lə­rə uy­ğun ola­raq bö­yük hərf­lə ya­zı­lır: Azər­bay­can Res­pub­li­ka­sı - AR, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı - BMT, Mil­li Məc­lis – MM və s.; 9.1.1. tam ix­ti­sar­lar (ak­ro­nim­lər) və qı­salt­ma­lar aid ol­duq­la­rı söz­lə­rə uy­ğun ola­raq bö­yük hərf­lə ya­zı­lır: Azər­bay­can Res­pub­li­ka­sı - AR, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı - BMT, Mil­li Məc­lis – MM və s.;
9.1.3. ya­rım­çıq ix­ti­sar­lar aid ol­duq­la­rı söz­lə­rə uy­ğun ola­raq, bö­yük və ki­çik hərf­lər­lə, mü­rək­kəb ad­la­rın tər­kib his­sə­lə­ri isə bi­ti­şik ya­zı­lır: aka­de­mik – akad., dok­tor – dok., do­sent - dos., pro­fes­sor – prof., Azər­bay­can Nəş­riy­ya­tı - Azər­nəşr və s. 9.1.3. ya­rım­çıq ix­ti­sar­lar aid ol­duq­la­rı söz­lə­rə uy­ğun ola­raq, bö­yük və ya ki­çik hərf­lər­lə, mü­rək­kəb ad­la­rın tər­kib his­sə­lə­ri isə bi­ti­şik ya­zı­lır: aka­de­mik – akad., dok­tor – dok., do­sent - dos., pro­fes­sor – prof., Azər­bay­can Döv­lət Nəş­riy­ya­tı - Azər­nəşr və s.
9.2. İx­ti­sar­la­ra əla­və edi­lən şə­kil­çi­lər son sə­sin tə­ləf­fü­zü­nə uy­ğun ola­raq ya­zı­lır: AMEA-dan, MDB-nin, UNES­KO-nun, İSES­KO-da, BDU-ya və s. 9.2. İx­ti­sar­la­ra (ak­ro­nim­lə­rə) əla­və edi­lən şə­kil­çi­lər son sə­sin tə­ləf­fü­zü­nə uy­ğun ola­raq ya­zı­lır: AMEA-dan, MDB-nin, UNES­CO-nun, ISES­CO-da, BDU-ya və s.