Türkiyənin dövlət informasiya yayımçısı olan “Anadolu” agentliyi Şuşa şəhərinin erməni tapdağından azad edilməsi ilə bağlı infoqrafika hazırlayıb.

İnfoqrafikada oxucuda aydın təsəvvür yaratmaq məqsədilə bölgənin xəritəsi rənglər üstündə işlənib. Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən azad etmək üçün başladığı zəfər yolunun trayektoriyası yaşıl rəngə boyanıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycan xalqına müraciətində 28 il sonra Şuşa şəhərinin Ermənistanın işğalından qurtarılması barədə müjdəli xəbər verib.