8 noyabr 2020-ci il tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün müzəffər Azərbaycan Ordusu Qarabağın ürəyi, vətənimizin ayrılmaz hissəsi, mədəniyyət beşiyi Şuşanı işğaldan azad etdi.

Bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Şəhidlər xiyabanına gələrək Birinci Qarabağ müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Allah şəhidlərimizə rəhmət etsin, qəbirləri nurla dolsun. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!