Vətənin ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşan və zəfər əldə edən şanlı Ordumuza dəstək məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Silahlı Qüvvələrin Yardım Fonduna ehtiram ifadəsi olaraq könüllü şəkildə 31000 manat ianə edib.

Torpaqlarımızın azad olunmasını və Vətənin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla qürur duyuruq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda qazanılan qələbə ölkəmizə və xalqımıza ruh yüksəkliyi bəxş etdi. Qarabağ Azərbaycandır!” – deyə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzdən verilən məlumatda bildirilir.