Sentyabrın 27-dən başlayaraq xalqımız "Qarabağ Azərbaycandır!" şüarı altında birləşərək cəbhədə vuruşan əsgərlərimiz üçün əlindən gəldiyi qədər yardım etdi. Xalqımızın Ali Baş Komandanımızın göstərdiyi dəmir yumruq kimi birliyi bu qələbənin tez bir zamanda qazanılmasına səbəb oldu.

Arxa cəbhənin ön cəbhəyə göndərdiyi yardımlar arasında Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin də kiçik bir qatqısı var. Məktəbin kollektivi könüllü olaraq  Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 1500 manat, məktəbin həmkarlar təşkilat tərəfindən isə 500 manat məbləğində pul vəsaiti ianə edilib.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Vətən müharibəsində qazanılan şanlı Qələbəyə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuza, igid əsgərlərimizə, Vətən uğrunda canını fəda edən şəhidlərimizə sonsuz minnətdardır.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın müzəffər, rəşadətli Ordusu!