Vətən müharibəsi başlayandan, Qələbə ilə bitəndən bayrağımız ürəyimizdə, gözlərimizdə, əllərimizdədir. Qələbəmizə sevinəndə də bayrağımız qürur verdi bizə.

Azərbaycan Fotoqraflar Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Bayraq qürurumuzdur” adlı fotomüsabiqə keçirilir. Müsabiqəyə təqdim olunan fotolarda bayrağımızın insanlara bəxş etdiyi sevinc və yaşadığı hisslər əks olunmalıdır. Fotoaparatla çəkilmiş fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, jpg formatında olmalıdır. Hər bir fotoqraf müsabiqəyə 3 foto təqdim edə bilər. Mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunur. Hər iştirakçı 1 foto təqdim edə bilər.

Hər kateqoriya üzrə qaliblər münsiflər heyəti tərəfdən seçiləcək. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

Fotolar üzərində heç bir redaktə proqramlarında əlavələr olunmamaq şərtilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) 1 dekabr tarixinə kimi afbmus2020@gmail.com e-mail ünvanına qəbul olunur. Qaliblər 10 dekabr günü elan olunacaq.