Müstəqil Azərbaycanın qurucusu – ulu öndər Heydər Əliyev vətənpərvərliyi, vətəndaşlıq duyğusunu həmişə xalqın, dövlətin, vətənin taleyinin ayrılmaz tərkib hissəsi hesab edirdi. Ümummilli lider milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasının vacibliyini vurğulayırdı. 

Respublika Gənclər Kitabxanası, ümummilli lider tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasını rəhbər tutaraq, “Mən azərbaycanlıyam” aksiyasına start verib. Aksiya çərçivəsində vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələrinə müraciət edilib. Kitabxananın əməkdaşları tərəfindən Bəxtiyar Vahabzadənin “Azərbaycan” və “Bayraq”, Səməd Vurğunun “Şuşa”,  Nuranə Nurun “Oğluma” və s. şeirləri səsləndirilərək, videomaterial formasında izləyicilərə təqdim edilib.

Bu aksiyanı təşkil etməklə kitabxana istifadəçilərini, gənc nəslin nümayəndələrini hərbi vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələri ilə tanış etmək istəyir. Videoçarxlarda Azərbaycan Ordusunun qürurverici görüntüləri, doğma Vətənin füsunkar gözəlliklərini əks etdirən fotomateriallar da yer alıb.

İnternet istifadəçiləri hazırlanan videomateriallara kitabxananın “İnstagram” səhifəsində baxa bilərlər.

https://www.instagram.com/p/CH0rFshhoEw/

https://www.instagram.com/p/CHZlvQyB_Lp/

https://www.instagram.com/p/CHV7y-ehnK2/

https://www.instagram.com/p/CHVogHRBchk/