Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şücaətli Azərbaycan ordusunun uğurları” layihəsini davam etdirir. Layihə çərçivəsində videoçarxlar hazırlanır və kitabxananın sosial şəbəkə ünvanları vasitəsilə təqdim olunur.

Videoçarxlarda Azərbaycan ordusunun qalibiyyətləri ilə işğaldan azad olunmuş torpaqlar haqqında informasiyalar virtual oxuculara çatdırılır.

Kitabxananın təqdim etdiyi növbəti videoçarxda Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı işğaldan azad edilmiş digər kəndləri haqqında da ümumi məlumatı əks olunub.

Çinarə Məlikzadənin ifasında “Azərbaycan” mahnısının müşayiəti altında nümayiş olunan videoçarx kitabxananın “YouTube” kanalında yerləşdirilib.