F.Köçərli adına Respublika Uşaq Kitabxanasının clb.az saytının multimedia bölməsində yeni rubrika – “Əzizinəm, Qarabağ” adlı virtual sərgi təqdim edilib. Oxucular virtual sərgi vasitəsilə Qarabağ həqiqətlərini əks etdirən, real tarixi faktlara və sənədlərə əsaslanan 50 kitabın tam mətni  ilə tanış ola bilərlər.

Təqdim olunmuş kitablar arasında Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər”, İsmayıl İmanzadə və Tariyel Abbaslının “Cəbrayıl şəhidləri”, Əlisahib Əroğulun “Erməni-daşnak faşizmi və Azərbaycan”, Günel Anarqızının “Oğlun Qarabağ”, Ələmdar Quluzadənin “Qadan mənə, Qarabağ”, Elxan Elatlının “Qisas gecəsi”, Sevinc Nuruqızının “Qisas”, Əlibala Məhərrəmzadənin “Xocalı soyqırımı”, Mina Rəşidin “Baxmaqla görmək ayrıdı!” və s. kitablar yer alıb.

Rubrikanın məqsədi karantin rejimində oxucuların mütaliə tələbatını ödəmək və onlara kitabxananın elektron resurslarını təqdim etməkdir.