Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 22-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 205 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 199 nəfər müalicə olunaraq sağalıb, 2294 nəfər vəfat edib, aktiv xəstə sayı 56 384 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 221, ötən müddət ərzində isə ümumilikdə 2 088 358 test aparılıb.