Dekabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının müşavirəsi keçirilib.
Müşavirədə ölkə Prezidentinin 2020-ci il 6 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamının icra vəziyyəti müzakirə olunub. Sözügedən sərəncama əsasən, Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Baş nazir Əli Əsədovdur.
Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə edilib, qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.