Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) Moskva Dövlət Müdafiə Muzeyi tərəfindən hazırlanmış “Moskva uğrunda döyüş. İlk Qələbə” adlı onlayn-sərgi təqdim edir.
RİMM-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirir ki, “Moskva uğrunda döyüş. İlk Qələbə” layihəsi iştirakçıların, hərbi texnikanın və silahların sayına görə dünya müharibələri tarixinin ən böyük döyüşlərdən birinə həsr olunub. Döyüş 30 sentyabr 1941-ci il tarixindən 20 aprel 1942-ci il tarixinədək olan dövrü əhatə edir.
Ekspozisiyadakı ağ-qara fotoşəkillər hərbi fotojurnalistlər tərəfindən çəkilmiş qərəzsiz hərbi gerçəkliyi əks etdirir.
Qeyd edək ki, sərgidəki bir çox fotoşəkillər ilk dəfə nümayiş olunur və bu günədək geniş kütləyə məlum olmayıb.