Başqırdıstanda ötən il pandemiya ilə əlaqədar təxirə salınmış VI Dünya Folkloriadasının bu il iyulun 3-dən 10-dək keçirilməsi nəzərdə tutulur.

Rusiya Federasiyası Başqırdıstan Respublikası Baş nazirinin müavini Azat Badranovun dediyinə görə, folkloriadada 80 ölkənin iştirak edəcəyi gözlənilir. Proqramda ciddi dəyişiklik yoxdur. Əsas tədbirlərin, o cümlədən iştirakçıların geniş milli geyimli paradının, mədəniyyətə dair konfransın, el sənətkarlarının sərgisinin Ufada keçiriləcəyi planlaşdırılır. Bununla belə, respublikanın 33 bələdiyyə qurumu folkloriada iştirakçılarını qəbul etməyə hazırdır. Dünya və Rusiya xalqlarının milli mədəniyyətini nümayiş etdirən konsertlər, sərgilərlə yanaşı interaktiv formatlı bir sıra tədbirlər də proqrama daxildir.

Yeri gəlmişkən, Azərbaycandan “Ritm” rəqs ansamblı ötən il Ufada folkloriadada ölkəmizi təmsil edəcəkdi.