Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Qazaxıstanın Baş naziri Askar Maminlə görüşüb.

Türk Şurasının fəaliyyətinə davamlı dəstəyinə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirən Bağdad Amreyev Qazaxıstanın qurumda ənənəvi olaraq fəal rolunun yeni birgə tədbirlərin və layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Baş nazir üzv ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat, investisiyalar, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirərək əlaqələrin möhkəmləndirilməsində Türk Şurasının rolunu vurğulayıb.

Görüşdə Nursultan Nazarbayevin təklifi ilə Türküstan şəhərində keçirilməsi gözlənilən Türk Şurasının sammitinə hazırlıqlar müzakirə edilib.

Qeyd edək ki, Türk Şurasının növbəti zirvə toplantısının mart ayının sonlarında keçirilməsi nəzərdə tutulub.