Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov 2020-ci il Vətən müharibəsi zamanı arxa cəbhədə göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən “Fəxri fərman” ilə mükafatlandırılıb.

Gənc rejissor ona göstərilən diqqətə görə təşəkkür edib və minnətdarlıq sözlərini öz sosial şəbəkə hesabı vasitəsilə də paylaşıb. Qeyd edib ki, bu görüş ölkəmizdə vətəninə, millətinə xidmət edən gənclərə diqqət və qiymətin nümunəsidir: “Hər şey üçün təşəkkür edirəm. Vətənim Azərbaycana xidmət edirəm. Bu, bizim vətəndaşlıq borcumuzdur. Qürur duyuram”.