Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin kollektivi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Əbədi müasirlik” mövzusunda onlayn konsert keçirib.

Konsertdə məktəbin IX sinif şagirdləri – beynəlxalq və respublika müsabiqələri laureatı Əbdüləli Hüseynli, VII sinif şagirdi Cəmil Sədizadə, III sinif şagirdi Ayan Şirzad, müəllimlərdən Fərid Quliyev, Maya Məmmədova çıxış ediblər.

Konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, “Aişənin rəqsi”, Cahangir Cahangirovun xor üçün “Qəzəl” əsəri, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı səsləndirilib.