F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirdiyi “Qonağım ol” rubrikası davam edir.

Rubrikanın növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olacaq.

Layihənin əsas məqsədi oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaq, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

Görüşdə Nicat Kazımov aktyorluq fəaliyyəti, rejissor kimi səhnələşdirdyi tamaşalar haqqında söz açacaq, canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Onlayn görüş kitabxananın “İnstagram” səhifəsində mayın 7-da saat 12:00-da başlayacaq.