BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Əlilliyi olan insanlara ölkəmizdə daim diqqət və qayğı göstərilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” – Prezident İlham Əliyevin bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Ümumiyyətlə, əlillərin cəmiyyətə inteqrasiyası dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əlillərin Hüquqlarının Müdafiəsi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzuya dair materiallar, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html