Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə MKS və Mədəniyyət Mərkəzinin rəhbərləri Vətən müharibəsi şəhidləri Tural Məmmədov və Həsən Həsənovun ailələrini ziyarət ediblər.

Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi qazisi Qoşqar Quluzadə ilə görüşüb, qayğıları ilə maraqlanıblar.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərliyi Vətən müharibəsi şəhidləri İbrahim Lələyev, Zaur Hüseynov və Vüsal Məhərrəmovun məzarlarını ziyarət edib. Mədəniyyət işçiləri sonra Şərəfə kəndində şəhid Ramazan Vəliyevin məzarını ziyarət ediblər.

***

Şəki Regional Mədəniyyət İdarəsi C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasının əməkdaşları Vətən müharibəsində şəhid olmuş Samsun Babayevin ailəsi ilə görüşüb, maddi və mənəvi dəstək göstəriblər.

Oğuz rayon Mərkəzi kitabxanası və Qarabulaq kənd kitabxana filialının bir qrup əməkdaşı isə Vətən müharibəsi şəhidi Fərid Zaməddinovun ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.