Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, mayın 24-ü saat 21:00-da reallaşacaq görüşü qalereyanın rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
Qeyd edək ki, rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərib və rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olub.