“Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” poeması Kiyevdə nəşr olunub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən kitabı Ukrayna dilinə görkəmli şair və mütərcim Leonid Pervomayski tərcümə edib.
Redaktoru Qriqori Hüseynov olan kitab görkəmli şərqşünas, Nizami irsinin tədqiqatçısı, akademik Aqafangel Krımskinin (1871-1942) ön sözü ilə çap edilib.