Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən təşkil etdiyi “Sirlər xəzinəsi” intellektual müsabiqəsi davam edir.

21-25 iyun tarixlərini əhatə edəcək növbəti müsabiqənin sualları hər gün “GəncApp” mobil tətbiqi üzərindən bildiriş vasitəsilə saat 21:00-da iştirakçılara göndəriləcək. Suallara doğru cavab verən gənclər isə müəyyən edilmiş qaydalara əsasən xallar toplayacaq.

Xalların hesablanması aşağıdakı qaydada aparılacaq. Doğru cavabı qeyd edən ilk 5 gənc:

 

1-ci doğru cavab – 10 xal

2-ci doğru cavab – 8 xal

3-cü doğru cavab – 6 xal

4-cü doğru cavab – 4 xal

5-ci doğru cavab – 2 xal 

 

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir.

Müsabiqə şərtləri çox sadədir:

- “GəncAPP” mobil tətbiqini yükləmək;

- Sualı təqdim edildiyi vaxtdan 60 dəqiqə müddətində cavablandırmaq.

Müsabiqədə 16-29 yaş arası gənclər iştirak edə bilər.

Öncəki "Sirlər xəzinəsi" intellektual müsabiqəsində qalib olan gənclər iyun ayı üzrə müsabiqədə iştirak edə bilər, lakin həmin iştirakçılara qiymətləndirmə zamanı xal təqdim olunmayacaq.

Yarış və qazan!

#MədəniyyətNazirliyi#GənclərFondu#AzGF#GəncApp#NizamiGəncəvi#NizamiGəncəviİli#SirlərXəzinəsi