Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar şəhər Uşaq incəsənət məktəbində “Rəşadətli Ordumuz” adlı tədbir keçirilib. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, məktəbin kollektivi və Qusar rayonunun mədəniyyət işçiləri iştirak edib. Quba rayon MKS-nin Aşağı Xuc kənd kitabxanasının əməkdaşları Vətən müharibəsinin şəhid giziri Ürfan Məmmədovun doğum günündə ailəsini və məzarını ziyarət ediblər. Kitabxananın fəal oxucusu Ülkər Zalova “Şəhidim” şeirini söyləyib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Köçəsgər kənd mədəniyyət müəssisələrinin əməkdaşları Tovuz döyüşlərində (2020, iyul) şəhidlik zirvəsinə ucalan Yaşar Babayevin doğum günündə məzarını ziyarət ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialları Silahlı Qüvvələr Günü münasibətilə müxtəlif tədbirlər keçirib, videoçarxlar hazırlayıblar.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsinin şəhid mayoru Müseyib Zeynalovun xatirəsinə tikilmiş abidənin açılış mərasimində iştirak edib.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərin iştirakı ilə “Vətənin Zəfər tarixi” adlı musiqili ədəbi kompozisiya təqdim edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin (1956-1992) anadan olmasının 65 illiyi ilə əlaqədar “Vətən üçün ölənlər əbədi, ölməz olur” başlıqlı onlayn söhbət keçirib. MKS-nin Mərkəzi kitabxananın oxu zalı “Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir” başlıqlı onlayn görüş təşkil edib. MKS-nin 2 saylı kitabxana filialı isə Vətən müharibəsi şəhidi Səxavət Həsənovun ailəsi ilə onlayn görüş keçirib.

NURƏDDİN