“Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” poeması Tbilisidə çap olunub. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Gürcüstanda nəşr edilib.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.

Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi professor Xəlil Yusiflidir.