Bakı Dövlət Sirki regionlarda çıxışlara başlayır. Kollektiv ilk olaraq Xaçmaz rayonuna yola düşüb.

Heyət Xəzər Dəniz Gəmiçiliyinin dəvəti ilə Nabranda yerləşən “Dənizçi” istirahət mərkəzinin qonaqları üçün sirk proqramı təqdim edib.

Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.

Eyni zamanda “sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Proqramda illüzionistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin  proqramda flamenko, qaraçı rəqsi və milli rəqslərə də yer verilib.

Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.