Tanınmış tarixçi alim, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Araz-Türk Cümhuriyyəti” kitabı çapdan çıxıb.

Kitabda 1918-1920-ci illərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, tarixi ərazilərimizdən olan Zəngəzurun itirilməsi, Naxçıvanı Azərbaycandan ayrı salmaq cəhdləri, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, milli vətənpərvər qüvvələrin Araz-Türk Cümhuriyyətini (3 noyabr 1918-26 iyun 1919) yaratması və onun mühüm tarixi əhəmiyyətindən bəhs olunur.

Ölkəmiz üçün çox gərgin bir dövrdə Naxçıvan bölgəsinin ermənilərin əlinə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü qoruyan Araz-Türk Cümhuriyyətinin fəaliyyətinə işıq salan nəşr Azərbaycanın dövlətçilik tarixinin bu mərhələsini öyrənmək istəyənlər üçün qiymətli mənbədir.

Naxçıvanda “Əcəmi” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlidir.