Saz-söz sənətimizin böyük ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası silsilə layihələr həyata keçirir. Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilən videoçarxlar, virtual kitab sərgiləri bu qəbildəndir.

Kitabxana sənətkarın “Təbiət aşiqi, gözəllik vurğunu – söz ustadı Ələsgər” adlı elektron məlumat bazasını izləyicilərə təqdim edib.

Məlumat bazasında Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında fikirlər yer alıb. Təqdim edilən materialda Aşıq Ələsgərin yaradıcılığından nümunələr, müəllifi olduğu əsərlərin toplandığı kitablar və haqqında mətbu orqanlarda çıxan məqalələr, sözlərinə yazılan musiqilərin siyahısı da verilib.

Aşıq Ələsgərin yaradıcılıq nümunələrinin fars, alman, gürcü və türk dillərində olan tərcümələrinin mənbələri də məlumat bazasında qeyd edilib.

Elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib: http://ryl.az/ashiq_elesger_el_melumat_bazasi/index.html