Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə seçim turlarının növbəti mərhələsinə start verib.

Mərkəzdən bildirilib ki, turlar ingilis dili üzrə ictimai-siyasi sahədə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsinin surətini və CV-ni 30 sentyabr tarixinədək mərkəzin info@aztc.gov.az ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edə bilərlər.

Seçim turlarında iştirak ödənişlidir.