Bakı Dövlət Sirkinin orkestri 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar paytaxtın Zabitlər bağında konsert proqramı ilə çıxış edib.

Orkestr Azərbaycanın peşəkar musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” və digər əsərlərindən musiqilər səsləndirib.

Qeyd edək ki, Üzeyir bəyin dünyaya göz açdığı 18 sentyabr tarixi ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə 1995-ci ildən ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə rəngarəng tədbirlər keçirilir.

Xatırladaq ki, uzun illərdən sonra bu il Bakı Dövlət Sirki orkestr heyətini yenidən formalaşdırıb. Kollektivə istedad və bacarığı ilə seçilən gənclər cəlb olunub. Orkestr sirkin proqramları ilə yanaşı, səyyar konsertlər də verir.