Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazandığı şanlı Qələbə haqqında uzun illər yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar əsərlər yaradacaqlar. Çünki bu müharibədə qüdrətli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə ərazi bütövlüyümüzü təmin etmədi, eyni zamanda dünyanın hərb tarixinə yazılacaq misilsiz rəşadət örnəyi nümayiş etdirdi.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu dəfə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mətbuatının fəaliyyətinə diqqət yönəldib, haqq savaşımızın yerli mətbuatda xronikasına dair virtual sərgi hazırlayıb.

Sərgidə 44 gün boyunca Azərbaycan mətbuatında müharibəyə həsr olunmuş materiallar yer alıb. İstifadəçi sərgi vasitəsilə “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “Mədəniyyət”, “Bakinskiy raboçiy” və s. qəzetlərin biblioqrafik təsvirini əldə edə bilər.

Virtual sərgi ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://www.instagram.com/tv/CTz7ALIlpMT/

https://www.youtube.com/watch?v=uvk-Qb4JNaQ