Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub.

“Nizami Gəncəvi İli” həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur.

Oktyabrın 1-də dahi şairin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunacaq. Aksiyada 880 ədəd şam ağacı əkiləcək.