Oktyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Mənalı naxış” adlı ustad dərsi təşkil olunacaq.

Ustad dərsi 23 sentyabrda Xalça Muzeyində açılışı keçirilən və 17 oktyabradək davam edəcək “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində reallaşdırılacaq. Xalça Muzeyindən bildirilib ki, rəssam Çingiz Babayevin iştirakı ilə keçiriləcək dərslərdə hər bir xalça ornamentinin yaranma prosesi, onun hansı məna daşımasının sirləri haqqında məlumat veriləcək. Rəssam həm də müəllifi olduğu naxışı hazırlamağa kömək edəcək.

Ustad dərsləri bir neçə texnikada və müxtəlif yaş qrupları üzrə təşkil olunur.