Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin də bütün sahələrinə sirayət edərək, sənətin müxtəlif sahələrində yeni əsərlərin yaranmasına səbəb olub.

Xalq artisti, pianoçu Murad Hüseynov Zəfərin ildönümü ərəfəsində bəstələdiyi “İthaf” əsərini ictimaiyyətə təqdim edib. Əsər 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsinə həsr olunub. Lirik əsər Xalq artistinin sosial hesablarında və “Youtube” səhifəsində paylaşılıb:

https://www.youtube.com/watch?v=IdrZCKhFcOY

Müəllifin ifasında lentə alınan “İthaf” kompozisiyasının rejissoru İlqar Əkbər, operatoru Elvin Muradxanlıdır.