Özbəkistan Kinematoqrafiya Agentliyində Xalq yazıçısı Anarın “Qarderobçu qadın” hekayəsi əsasında çəkilən “Palto” qısametrajlı filminin təqdimatı olub.

“Debüt” Gənclər Kinofestivalı çərçivəsində baş tutan təqdimatda özbək kinosunun tanınmış simalaı, gənc aktyorlar və rejissorlar iştirak edib.

Filmin ssenari müəllifi və rejissoru Şahnoza Tuyunova, operatoru Kamaliddin Ziyoviddinovdur.

Təqdimatda çıxış edən jurnalist və ssenarist Rüstəm Cabbarov gənc rejissorun filmini yüksək qiymətləndirib. O hələ SSRİ dövründə Özbəkistanda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu bildirib. R.Cabbarov deyib ki, indi də Özbəkistanda Azərbaycan müəlliflərinin əsərləri çap edilir, bu əsərlər əsasında ssenarilər yazılır.

Şahnoza Tuyunova filmin yaradıcı heyətinə və təqdimata gələnlərə öz minnətdarlığını bildirib.