Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “TRT AVAZ”ın rəhbəri Sedat Sağırkaya və “TRT AVAZ”ın xarici əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Gökçen Oğan ilə görüşüb.

Günay Əfəndiyeva təşkilatın çoxşaxəli fəaliyyətindən danışaraq həyata keçirilmiş layihələrdən bəhs edib, türk xalqlarının zəngin mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində türk dövlətləri ilə yanaşı, digər xarici ölkələrlə də yaranan əlaqələrdən söz açıb. Fondun prezidenti ümumtürk mədəniyyətinin daha yaxından tanıdılması çərçivəsində “TRT AVAZ” kanalı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sedat Sağırkaya Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdir edərək, görülən işlərin telekanal vasitəsilə yayımlanmasının vacibliyini qeyd edib. Görüş gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.